Naxçıvanda maşınla vurulan qadın öldü

Oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb.

Babək rayon Polis Şöbəsində araşdırma aparılır.