ABŞ İrana gizli kiberhücum gerçəkləşdirdi

ABŞ İrana qarşı sentyabrın sonunda gizli kiberəməliyyat həyata keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, hücum Səudiyyə Ərəbistanının neft obyektlərinə endirilən zərbələrə cavab olaraq həyata keçirilib.

Pentaqon kiberhücum haqqında informasiyanı şərh etməkdən imtina edib.