İrəvan üçün faşizm çox dəyərlidir: Erməni dövlətçiliyinin son böhranı rəsmiləşdi

“Faşizm qabağında bütün erməni elitası farağat dayanıb. Aşqabadda keçirilən MDB sammiti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından sonra bir daha bəlli oldu”.

Sherg.az-ın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. 

Analitik bildirib ki, erməni elitasının belə davranışında Azərbaycan üçün yeni heç nə yoxdur: 

“Azərbaycan xalqı müasir dövrdə 1987-ci ildən başlayaraq öz üzərində erməni faşizminin bütün metodlarını sınaqdan keçirib. 1987-ci ilin dekabrın sonlarında təxminən 250 min axırıncı azərbaycanlı Ermənistan SSR-dən deportasiya olundu. Erməni işğalı altındakı 7 rayonda bu gün azərbaycanlıların yaşamaması, Dağlıq Qarabağdan azərbaycanlıların etnik təmizləməyə məruz qalması erməni faşizminin tarixi sübutlarından biridir. Bu gün də ermənilər faşizm ənənələrini yaşadırlar. Bu həm Qaregin Njdeyə heykəlin qoyulması ilə özünü göstərir, həm də Dilqəm Əsgərov və Şahbaz Quliyevin başına açılanlar bunun əyani sübutudur. Prezident İ.Əliyev MDB sammitinin gündəliyinə uyğun olaraq MDB ərazisində faşizm xidmətçilərinin qəhrəmanlaşdırılması ideyası barədə fikir bildirdi və N.Paşinyan dərhal buna etiraz etdi. N.Paşinyanın etiraz bildirməsi də gözlənilən idi. Biz Paşinyanı bu qədər məntiqsiz bilmirdik. N.Paşinyanın səsləndirdiyi fikirlərdə 2 tezis xüsusi olaraq diqqəti çəkir: - Qaregin Njde türklərə qarşı mübarizə məqsədilə faşist Almaniyası ilə müttəfiqlik edirmiş. Türkiyə o dövrdə Almaniyanın əgər birinci olmasa da, ikinci müttəfiqi idi. Bu tarixdir, tarixi heç kəs saxtalaşdıra bilməz. İndi belə alınır ki, Almaniya üçün ən hədsiz vacib olan Türkiyəyə qarşı mübarizə aparmaq məqsədilə Q.Njde erməniləri və Ermənistanı ora qoşurmuş. Ümumiyyətlə Türkiyə ilə Almaniya arasında tarixi münasibətlər həmişə sınaqdan keçmiş münasibətlərdir. Ona görə N.Paşinyanın intellektinin ən aşağı səviyyədə olduğu bir daha aşkarlandı.
Qaldı ki, iştirakçılara hörmət məsələsinə - N.Paşinyan BMT BA-da çıxış edərkən Dağlıq Qarabağ xalqından danışdı. Paşinyan, köməkçiləri, bütün erməni intellektualı bircə dəfə “Dağlıq Qarabağ xalqı” adda rəsmi bir termin göstərsinlər”. 



Politoloq: "Bu gün də ermənilər faşizm ənənələrini yaşadırlar"


Politoloq deyib ki, ümumiyyətlə “Dağlıq Qarabağ xalqı” yoxdur, ola da bilməz: 

“Nəzəri cəhətdən qəbul etsək ki, Dağlıq Qarabağ xalqı var, bu erməni xalqının parçalanması anlamındadır. O parçalanma da Azərbaycanın haqq olduğunu göstərir. Çünki Dağlıq Qarabağ ermənilərinin Ermənistan ermənilərindən fərqli edən ən əsas məsələ Dağlıq Qarabağ ermənilərinin danışığında türk və müəyyən qədər fars sözlərinin olmasıdır. Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın xristian icmasınım içindən çıxmadır. Yəni erməni deyil, Azərbaycan ermənisidir. Sonradan İrandan köçürülən ermənilər qaynayıb qarışıblar. Onların dillərindəki fərq də bunu sübut edir. BMT Baş Assambleyasında iştirak edən nümayəndə heyətlərinin sayı təxminən min nəfərdir. N.Paşinyan özünün savadsızlığı ilə min nəfər dünya intellektinə, dövlət başçılarına hörmətsizlik nümayiş etdirdi. MDB-nin iclasında isə Azərbaycan Respublikasının Prezidentinin ona əlavə cavabı hər şey deməkdir. Q.Njdenin heykəli və Prezident İ.Əliyevin MDB sammitindəki çıxışına münasibət erməni elitası üçün  faşizmin çox dəyərli olduğunu göstərir. Erməni dövlətçiliyinin son böhranı da bu andan etibarən artıq rəsmiləşdi.