Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarılıb.

APA -nın məlumatına görə, müdafiə naziri Zakir Həsənovun imzaladığı müvafiq əmrlə nazirliyin hüquq-idarəsinin rəisi polkovnik Rauf Kişiyev yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Nazirin digər əmri ilə həmin vəzifəyə polkovnik Emin Əzimzadə təyin edilib.