Trampın müşaviri Türkiyəyə gəldi

ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn Türkiyəyə gəlib.

APA -nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, səfər zamanı R. Obrayn türkiyəli rəsmilərlə Suriya məsələsini müzakirə edəcək.

O, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşəcək.