Son dövrdə 220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

Beynəlxalq sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir.

Eyni zamanda, Azərbaycan 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Qeyd edək ki, Azərbaycan Avropa Şurası tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına dair Dördüncü Əlavə Protokola da qoşulub.