Pakistan qırıcılarını Azərbaycana satır: RAZILAŞMA

Pakistan 47 ölkəyə, o cümlədən Azərbaycana "JF-17 Thunder" qırıcılarını satmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın “Deyli Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan-Çin istehsalı olan döyüş təyyarələrinin Azərbaycanla yanaşı, Myanma, Nigeriya və Malayziyaya satılması planlaşdırılır.

Bu məsələ ötən həftə Pakistan müdafiə nazirinin Pekinə səfəri zamanı müzakirə edilib.