Pensiya və ya müavinat alan əlilliyi olan şəxslərin sayı artıb

2019-cu ilin əvvəlinə görə Azərbaycanda pensiya və ya müavinat alan əlilliyi olan şəxslərin sayı 63 6004 nəfər təşkil edir. 2018-ci ildə həmin şəxslərin sayı 625640 nəfər olub.

Oxu.Az-ın xəbərinə görə, 2019-cu ilin əvvəlinə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sayı 72979 nəfər olub.  

2018-ci ildə isə bu 71783 nəfəri əhatə edib.