Məmmədyarov: "Mnatsakanyanla son görüşdən məyus oldum"

Biz hələlik Ermənistan xarici işlər naziri ilə olan görüşlərdən nəticələr gözləyirik.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

“Sonuncu dəfə biz bir ay əvvəl ABŞ-da görüşmüşük. Erməni həmkarımla sonuncu belə görüş Nyu Yorkda Minsk Qrupunun iştirakı ilə baş tutdu. Düzünü desəm, mən ondan bir qədər məyus oldum.

Əgər biz irəliyə getmək və bu mübahisənin həqiqətən siyasi həllini istəyiriksə, əlbəttə ki, mənim sevimli sözüm adlandırılan “substantiv danışıqlara” başlamaq lazımdır. Hansısa maddə olmalıdır ki, onun əsasında danışıqlar getsin”, – deyə nazir bildirib.