Xəstənin başından tarakan çıxdı – Ora necə yol tapıb ?

 Xəstənin başından tarakan çıxıb.

“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Hindistanın Şenne rayonunda yaşayan 42 yaşlı sakin başında yaranan kəskin ağrılarla bağlı həkimə müraciət edib. O alın hissəsində, daha konkret desək gözlərinin arxasında kəskin ağrılar hiss edib. Xəstə öncə yerli klinkaya müraciət edib. Lakin kəskin ağrının qarşısını almaq mümkün olmayıb. Hər ötən saat ağrılar daha da kəskinləşib.

Daha sonra xəstə Stanley universitetinin xəstəxanasına müraciət edib.

Həkim Şankar mətbuata açıqlamasında bildirib ki, endoskopik müayinə zamanı xəstənin beyni daxilində  daxilində hərəkət edən kiçik bir həşərat görüb: 

Xəstənin başında həşərat gördüm. Daha sonra onu çıxarmağa çalışdım və çıxardım. Onun beynə necə yol tapmasına gəlincə, əminəm ki, o xəstənin burnundan daxil olub. Çünki pasientin burnundan nəfəs ala bilməməyindən şikayətlənirdi.

Deməli, həşərat xəstənin burnundan daxil olaraq düz beyninə qədər gedib çıxıb. Hazırda həmin həşərat xəstənin başından çıxarılıb və pasientin səhhəti normaldı”.