Nazir: "33 min şagirddən 40-ı medal qazandı"

Azərbaycan məktəblərindən 33 mindən çox şagird fənn olimpiadalarına qatılıb.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir Azərbaycan təmsilçilərinin beynəlxalq olimpiadalarda 1 qızıl, 17 gümüş, 22 bürünc olmaqla, ümumilikdə 40 medal qazandıqlarını bildirib.

Şagirdlərimiz 5 fənn - fizika, kimya, informatika, riyaziyyat və coğrafiya üzrə uğur qazanıblar.