Xocavənd icra hakimiyyətinin əməkdaşı öldü – SƏBƏB

Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı əməliyyat zamanı ölüb.

Trend-in verdiyi məlumata görə, Xocavənd rayonu, Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparanda yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.

R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib. O, Ağcabədi rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.