“Rosneft” “Sülh çeşməsi”nə görə İraqda işi dayandırdı

“Rosneft” İraq Kürd Muxtar Vilayətinin 8-ci blokunda fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin vitse-prezidenti Erik Liron deyib. Buna səbəb kimi fəaliyyət aparılan yerin Suriya sərhədinə yaxın olması göstərilib.

O, “Rosneft”in burada işi ərazinin təhlükəsiz olacağını müəyyən edəcəyi halda bərpa edəcəyini bildirib.