Ivanka Tramp yenə rəzil oldu!


ABŞ prezidentinin qızı və məsləhətçisi Instagram və Twitter mesajını yenə sildi, ictimai media çalxalandı.



 Dünya, ABŞ lideri Donald Trampın böyük qızı və məsləhətçisi Ivanka Trampın mesajından danışır. Bir az əvvəl də çox ictimai media qəzası yaşayan Ivanka Tramp, bu dəfə Nobel Barış Mükafatını qazanan Efiopiya Baş naziri Abiy Əhməd Əlini təbrik etmək istədi. Instagram hesabından mesaj paylaşan Ivankanın etdiyi  səhv, təqibçilər tərəfindən anında fərq edildi. ABŞ liderinin məsləhətçisi, təbrik mesajında "Nobel Barış Mükafatı" əvəzinə "Noble (Zadəgan) Barış Mükafatı" yazıb.


Bir istifadəçi  də "Baş nazir Əhmədi "Noble" barış mükafatı üçün təbrik etdi. Bütün Tramplar siz hamınız axmaqsınızmı?" deyə yazdı. Bir başqası isə, "Ivanka onu izləməyən "Noble" barış mükafatı qazananını təbrik etdi" mesajını yazaraq lağ edib. Ivanka Tramp qısa müddət sonra söz-söhbətə səbəb olan mesajı Instagram hekayəsindən çıxarıb. İvanka əvvəl də İngiltərənin yeni Baş naziri Boris Johnsonu təbrik etdiyi qalmaqallı mesajla yenə ictimai medianın gündəmini zəbr etmişdi. Ivankanın təbrik tweetinde oxuyanların dərhal diqqətini çəkən bir söz vardı. Məsləhətçi, "United Kingdom" əvəzinə "United Kingston" yazaraq ictimai mediada lağ obyekti olmuşdu. Ivanka Tramp, daha sonra yeni bir tweet ataraq ifadəni düzəltmişdi.

 Turan