Azərvaycan türk dövlətlərinin Avropaya çıxışını təmin edir

“10 il əvvəl Naxçıvanda əsası qoyulan Türk Şurasının əsas hədəfi bu birliyin gücləndirilməsi, möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsidir”.

Sherg.az bildirir ki, bu sözləri millət vəkili Eldəniz Səlimov Türk Şurasının Bakıdakı VII Zirvə Görüşü ilə bağlı danışarkən deyib.

Millət vəkili qeyd edib ki, sözügedən birlik fəaliyyət göstərdiyi illər ərzində ölkələrarası əməkdaşlığı inkişaf etdirərək iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirib:

"Türkdilli Dövətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü əsasən kiçik və orta sahibkarlığın inkişafına həsr olundu. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də türkdilli dövətlər arasında regional və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Ölkəmiz türkdilli dövlətləri birləşdirən tarixi İpək yolunun əsas coğrafi mövqeyində yerləşməklə bu ölkələrin Avropaya çıxışını təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirmişdir. Bu layihələrin hamısı reallaşdıqca türkdilli dövlətlərin iqtisadiyyatına və əməkdaşlığına mühüm töhvə verəcəkdir. Ölkələrarası əməkdaşlıq inkişaf etdikcə xalqlararası əməkdaşlığa çevrilir".