Zaxarova: "Qarabağ nizamlanması üzrə razılaşdırılmış sənədlərimiz var"

ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsini tam həll etmək istiqamətində işi mümkün qədər tezləşdirməkdən ibarətdir.

Trend-in məluamtına görə, bunu Rusiyanın xarici işlər naziri Mariya Zaxarova bu gün keçirilən ənənəvi brifinqdə deyib.

Rusiyanın XİN rəsmisi bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılaşdırılmış sənədlərimiz var".