Maşın qoyun sürüsünə girdi: 10 heyvan öldü

Agcabədi rayonunda yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunda Gələbədini kəndi ərazisində qeydə alınıb. 

Kənd sakinləri - Ələsgər Ələsgərov və Allahyar Həsənov qoyunları yoldan keçirmək istəyərkən, yüksək sürətlə hərəkətdə olan “Hyundai Sonata” markalı maşın sürünü vurub. 

Nəticədə, 10 baş qoyun ölüb, 11-i isə yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.