Kürdlər Rusiya hərbçilərinin olduğu karvanı 7 saat yolda saxladılar

Kürd yaraqlıları Rakka yaxınlığında Suriya hökumət ordusunun maşın karvanının qarşısını kəsiblər.

“ANNA-News” xəbər verir ki, karvanın tərkibində Rusiya hərbi polisi də olub.

7 saat davam edən danışıqlar nəticə verməyib və hərbçilər geri dönməyə məcbur olublar.

Kürdlər bildiriblər ki, onların Dəməşqlə razılaşması Suriya qoşunlarının şəhərləri nəzarətə almasını nəzərdə tutmayıb. Yaraqlıların fikrincə hökumət qüvvələri Türkiyə ordusunun qarşısını almaqla kifayətlənməlidirlər.