32 yaşlı kişi maşını ilə birlikdə itkin düşdü

Bakı şəhər sakini, 32 yaşlı Elvin Həbibzadə oktyabrın 14-dən itkin düşüb.

Sherg.az trend-ə istinadla bildirir ki, yaxınlarının veridiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.
E.Həbibzadə həmin gün səhər işə gedib. Sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb.
Onu görənlərdən 055-862-55-33 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.