Azərbaycanlı Türkiyədə saxta içkidən öldü 

Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda 41 yaşlı Azərbaycan vətəndaşı Əbülfəz İsmayılov ölüb.

Oxu.Az xəbər verir ki, Ə.İsmayılovun ölümünə səbəb saxta spirtli içki qəbul etməsidir.

Ə.İsmayılovu ilk olaraq Sapanca Dövlət Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Sakarya Eğitim və Araşdırma Xəstəxanasına aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sapanca Əmniyyət Müdirliyi faktla bağlı araşdırma aparıb.

İstintaq nəticəsində saxta içki hazırlayan Gürcüstan vətəndaşı G.A. tutulub. Onun evinə baxış zamanı çoxlu sayda saxta spirt aşkarlanıb.