Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclasda çıxışı zamanı Paşinyan regionda ağır proseslərin getdiyini və bu məsələlərin müzakirə edilməsinə zərurət yarandığını bildirib.

O, Təhlükəsizlik Şurasının Qarabağ məsələsini də müzakirə edəcəyini deyib.