“Azərbaycan” həştəqi Tvitterdə ikinci oldu – FOTO

18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Tvitterdə Türkiyə üzrə “Azərbaycan” həştəqi aktuallığına görə ikinci yerdə olub.

Axar.az xəbər verir ki, Tvitter istifadəçiləri bu gün “Azərbaycan” həştəqi ilə 34 min 600-dən çox təbrik tviti atıb.

Təbrik mətni yazanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər siyasətçilər və ölkə idmançıları da var.