Bankomatdan pul çıxarana kömək əvəzinə kələk gəldi

Şamaxı rayon Polis Şöbəsinə müraciət edən Qobustan rayon sakini X.Nəzərovun oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək saxlanılıb.