“Samsung” telefonlarında problem üzə çıxdı

Cənubi Koreyanın “Samsung” şirkəti yeni smartfonlarında nasazlıq aşkar edib.

RBK xəbər verir ki, yeni “Samsung Galaxy S10” və “Note 10” telefonlarında yerləşdirilmiş ultrasəsli barmaq izləri skaneri kənar şəxslərin barmaqlarına da müsbət reaksiya verir.

Skaner telefonların blokdan cıxarılmasında və onlayn ödəmələrdə istifadə olunur.

Şirkət bildirir ki, problem skanerin özündə yox, telefonun üzərinə yapışdırılan qoruyucu ekranlardadır. Bu səbəbdən skaner barmaq izlərini səhv tanıyır.

Şirkət müvəqqəti olaraq qoruyucu ekranların istifadəsindən vaz keçməyi məsləhət görüb və söz verib ki, problemi tezliklə aradan qaldıracaq: artıq gələn həftə bu telefonlarda proqram təminatı yenilənəcək.

Bundan sonra istifadəçilərə barmaq izlərini yenidən skan etmək də məsləhət görülür.