Şəmkirdə 2 uşaq anası itkin düşdü

Şəmkirdə 2 uşaq anası, 25 yaşlı qadın itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı xanımın ailə üzvləri paylaşıb. Belə ki, Şəmkirin Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli köynək olub. G.Tanrıverdiyeva ailəlidir, 2 övladı var. O, psixoloji xəstəliyi ilə əlaqədar olaraq Bakıda müalicə alır.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsinə məlumat verilib.

Xanımı görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

+994513094929, +994504508062, +994507211194, +994505018701.