Bakının mərkəzində maşın oğurlayan yeniyetmələr saxlanıldı

Abşeronda “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat nəticəsində oktyabrın 17-nə keçən gecə Nəsimi rayonu ərazisindən V.Eyvazova məxsus “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini N.İsmayılov, Bakı və Xırdalan şəhər sakinləri olan 2 yeniyetmə avtomobillə birgə Abşeron rayonu ərazisində saxlanılıb.