“Real” “Qalatasaray”la oyun ərəfəsi ciddi problemlə üzləşdi

Çempionlar liqasının qrup mərhələsinin növbəti turunda “Qalatasaray” ilə İstanbulda çətin bir mübarizəyə çıxacaq Madridin “Real” klubunda Qaret Beyl ilə bağlı problem yaşanır.

Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, “Kral klubu”nun ulduz oyunçularından biri olan Beylin zədəsinin sağalmadığı bildirilir.
Buna görə təcrübəli futbolçunun həftə sonu istirahət etdiriləcəyi, ancaq bununla belə “Qalatasaray” ilə oyunda meydana çıxmasının çətin görüldüyü, müayinə testlərinin müsbət çıxmadığı bildirilir.