Gəncədə inək qadını kor qoydu

Gəncə şəhərində inək qadının gözünü çıxarıb. Hadisə şəhərin Ə.Cavad küçəsi ev 68 ünvanında baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, 1978-ci il təvəllüdlü Anarə Hüseynova inək sağarkən heyvan qadını vurub.

Nəticədə gözündən ağır zərbə alan qadın yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının sol gözü  amputasiya edilib.