Bakıda qanlı hadisə: qayın yeznəsini sinəsindən bıçaqladı

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub.
APA -nın məlumatına görə, Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.
Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb.