Zehni fəaliyyət, ömrün uzunluğuna mənfi təsir göstərirmiş - Alimlər belə deyir

Zehni fəaliyyət, ömrün uzunluğuna mənfi təsir göstərir. 

"Sherg az"Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, alimlər "nə qədər çox düşünsən, o qədər tez ölə bilərsən" nəticəsinə gəliblər.

Məlum olub ki, neyron aktivliyi ömrü qısaldır, zəifliyi isə daha çox yaşamağa səbəb olur. Mütəxəssislər bunun beyin fəaliyyətini zəiflədən REST zülalından qaynaqlandığını düşünürlər.

Bu, çox düşünənlərin daha tez ölmək riskinin olduğunu göstərir. Daha əvvəl fiziki yüklənmənin beyini quruda biləcəyi qeyd edilmişdi. Məlum olub ki, "çox yüklənmiş" idmançılarda beynin ön korteksinin aktivləşməsi, mürəkkəb idrak davranışının planlaşdırılması və qərar qəbul etməsi ilə əlaqəli sahənin vəziyyəti ağırlaşıb.