Suares “Barselona” tarixinə düşdü


"Eybar"la dünənki La Liqa matçında (3:0) bir dəfə fərqlənən Luis Suares "Barselona"dakı qollarının sayını 184-ə çatdırıb.
 Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bununla da uruqvaylı futbolçu "Barselona"nın ən çox qol vuran dörd oyunçu siyahısına düşüb.

Siyahıda ilk pilləni Lionel Messi (605 qol), Sezar Rodriges (232) və Ladislav Kubala (194) tutur.