NATO “Sülh çeşməsi” ilə bağlı qərargah yaratdı


NATO Türkiyənin Suriyanın şimalında apardığı “Sülh çeşməsi” əməliyyatı ilə bağlı böhran qərargahı yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Döyç Velle” nəşri yazıb.

Məlumata görə, qərargahın tərkibinə kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə ekspertlər, həmçinin hərbi əməliyyatlar üzrə mütəxəssislər daxil edilib.

Xatırladaq ki, Ankara oktyabrın 9-da “Sülh çeşməsi” əməliyyatını başladıb.