22 yaşlı gənc üçüncü mərtəbədən yıxıldı

Bakının Suraxanı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Report xəbər verir ki, 1997-ci il təvəllüldü Quliyev Məmmədəli üçüncü mərtəbədən yerə yıxılıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol ayağının açıq sınığı diaqnozu qoyulub.