Paytaxtda qadını vurub öldürən avtobus sürücüsü saxlanılmayıb

Avtobus sürücüsü saxlanılmayıb.

Bu barədə Lent.az -a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan daxil olan xəbərdə hadisəni törədən 67 nömrəli marşrut avtobusu sürücüsünün hələ də saxlanılmadığı bildirilib.

Qeyd ed'k ki? Bakıda sərnişin avtobusu qadın piyadanı vurub. Hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.
Məkəzdən verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.