Şoyqu da “Sülh çeşməsi”nə qarşı danışdı

Suriyanın şimalında Türkiyənin “Sülh çeşməsi” əməliyyatı ucbatından İŞİD-çilərin saxlanıldığı 12 həbsxana nəzarətsiz qalıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Pekin Syanşan Forumunda çıxışı zamanı deyib.

O, əməliyyatın 8 qaçqın düşərgəsini də nəzarətsiz qoyduğunu bildirib.

Şoyqu İŞİD-in hazırda cənub-şərqi Asiyada mövcudluğunu genişləndirdiyini söyləyib.