Radikalların məqsədi təxribat törədərək qarşıdurma yaratmaq idi

"Radikal müxalifət oktyabrın 19-da keçirdiyi qanunsuz aksiya ilə növbəti dəfə ictimai asayişi və qanunu pozdu".

Sherg.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Hüseynov, Milli Şuranın oktyabrın 19-da Bakıda keçirdiyi qanunsuz aksiyanı dəyərləndirərkən deyib. 

Deputat vurğulayıb ki, radikal müxalifətə mitinq keçirmək üçün müvafiq yer ayrılıb:

"Amma onlar ayrılmış yerə getmədilər, kiçik qrupla şəhərin mərkəzində hay-küy qopardılar. Bu da təbii ki, yolverilməzdir. Azərbaycanın bütün sahələr üzrə inkişaf etdiyi, nüfuzunun durmadan artırdığının, dünya birliyində söz sahibinə çevrildiyini görürük. Bunu gözü götürməyən radikalları təxribat yaratmaq istəyirlər. Onların məqəsdi Azərbaycanın imicinə zərər gətirmək, ölkədə olan sabitliyi pozmaqdır. Məlumdur ki, radikallar bu tapşırıqları xaricdəki havadarlarından alırlar. Lakin həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa düçar oldular. Azərbaycan ictimaiyyəti nəinki onların səsinə səs verdi, əksinə, bütün bu olanları, Əli Kərimli başda olmaqla, qaraguruhun hamısını pislədi”.