Bərdədə ailə zəncirvari qəzaya düşdü: Beş yaralı var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə yolunda, Bəcirəvan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “Mitsubishi” markalı avtomobil yolun digər tərəfi ilə hərəkətdə olan ZİL markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes” də ZİL-ə çırpılıb. 

Nəticədə, “Mitsubishi”nin sürücüsü, Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Ağayev Qorxmaz Kamal oğlu və sərnişinlər - 1991-ci il təvəllüdlü Ağayeva Aygün Mahir qızı, 2014-ci il təvəllüdlü Ağayeva Gülay Qorxmaz qızı, 2015-ci il təvəllüdlü Ağayev Kamal Qorxmaz oğlu və 2019-cu il təvəllüdlü Ağayev Ayxan Qorxmaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlardan biri A.Ağayevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, onlar bir ailənin üzvüdür. 

Faktla bağlı araşdırma aparılır.