Bakıda maşınla vurulan piyada xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.