Azərbaycan diaspor təşkilatının sədri İtalyada daha bir önəmli mükafata layiq görülüb

Uzun illərdir İtaliyada yaşayan və jurnalist karyerası ərizndə  bu günə qədər bir çox eksklüziv xəbərlərlə tanınan TRT Sporun İtaliya təmsilçisi və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dündar Keşaplı, ard-arda ikinci dəfə önəmli “Beynəlxaql Kartaca Mükafatı”na (Premio Internazionale Cartagine) layiq görülüb. Bu barədə diapsor üzrə araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu məlumat verib. 
Galatasarayın bu yaz transfer dönəmində heyətinə qatdığı Kolumbiyalı ulduz oyunçu Radamel Falcaonun İstanbula gələcəyinə dair ilk xəbəri verməsi ilə Türkiyədə və İtailyada diqqət çəkən Keşaplı illərdir səs gətirən özəl xəbərləri nəticəsində daha bir önəmli mükafat alıb.
Roma Bələdiyəsinin tarixi və prestijli Protomoteca Salonunda iş, idman, moda, mədəniyyət və sənət cameəsindən çox sayda ismin qatıldığı törəndə Keşaplı, “Ən yaxşı əcnəbi jurnalist” kateqoriyasında ard-arda ikinci dəfə Kartaca Mükafatına layiq görülüb.

Dündar Keşaplıya mükafatı bu il mükafatların seçimini aparan elm adamları və yüksək ranqlı məmurlardan formalaşan Akademik Senatın başqanı Alessandro Della Posta təqdim edib. 
Keşaplı, tədbirdəkı çıxışında  30 ilə yaxaınlaşan jurnalist karyerasında öz prinsiplərindən dönməyərək çalışdığını və indiki səviyyəyə çatdığını bildirib. 
Xatırladaq ki, İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyətinin üzvüvə betnəlxalq əlaqələr koordinatoru olan Keşaplı, italyan xəbər kanalları SKYTG24 ve TGCOM24-də şərhçi kimi çıxış edir, eyni zamanda TRT Sporun İtaliya təmsilçisi və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədridir. D.Keşaplı Azərbaycan həqiqətlərinin Avropada təbliğatı baxımından önəmli fəaliyyət göstərir.