Lombarda saxta qızıl verən şəxs axtarılır

Gəncədə qızıl girovu qarşılığında kredit verən lombardlardan birinə saxta qızıl təqdim edilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Samux rayonu, Bülbül küçəsi ev 10-da yaşayan, adının Etibar olduğunu iddia edən şəxs N.Nərimanov prospektində yerləşən kredit təşkilatlarının birinə girov kimi bir neçə zinət əşyası təqdim edib. 

Əşyaların saxtalığı bəlli olanda o, zinət əşyalarını götürərək ərazidən uzaqlaşıb. 

Hazırda fakt araşdırılır.