Prezident energetika sahəsində çalışan bir qrup şəxsi təltif etdi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Bayramov Kazım Bayram oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Zakir Allahverdi oğlu
Orucov Nüsrət Oruc oğlu.