Niyaməddin Musayev: "Səhnəyə sərbəstliyi mən gətirdim" -  VİDEO

Xalq artisti Niyaməddin Musayev illər öncə tənqid olunmasından danışıb.

Lent.az -ın məlumatına görə, müğənni “Kim var, kim yox” verilişində bildirib ki, Azərbaycan səhnəsinə bir çox yeniliklər gətirib:

“İlk ansamblı mən yaradandan sonra Özbəkistanda “Yalla” , Türkmənistanda “Günəş” yarandı. Avropasayağı kostyumlar geyinirdim. Hamı əlini yanına salıb oxuyurdu. Mən bu sənətə sərbəstlik gətirdim. Xanımlardan isə Zeynəb Xanlarovanı deyərdim. Onun mahnıları dillər əzbəri və tarixdir".