Putin Netanyahu ilə Suriyanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.

V.Putin B.Netanyahunu 70 yaşı münasibəti ilə təbrik edib. Liderlər ikitərəfli aktual məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər.