İrəvan qorxuda: "Azərbaycanın hərbi büdcəsi bizimkini bir neçə dəfə üstələyir"

Ermənistanın sözü ilə əməli üst-üstə düşmür.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni ekspert Andranik Tevanyan paylaşıb.

“Qarabağ Azərbaycandır və nida” bəyanatından sonra Azərbaycanın hərbi büdcəsi 2020-ci il üçün 20% artıb. Azərbaycanın hərbi büdcəsi bizimkini bir neçə dəfə üstələyir. Bizim qonşumuz açıq şəkildə müharibəyə hazırlaşır, hansı ki, buna Azərbaycanda baş verən kadr dəyişiklikləri də şahidlik edir. Xüsusilə baş nazir dəyişikliyi...

Ermənistanın sözü ilə əməli üst-üstə düşmür. Bizim fəaliyyətlərimizlə Azərbaycanın fəaliyyətlərində assimetriya var. Nəticə çıxarmaq çətin deyil”, – deyə o bildirib.