Əli ilə Elnarə arasında QALMAQAL - Efiri tərk etdi

Əməkdar artist Elnarə Abdullayeva ilə aşıq Əli Tapdıqoğlu arasında qalmaqal yaşanıb.

Lent.az -ın məlumatına görə, “Ay Zaur” verilişinə qonaq olan aşıq Əliyə aparıcı Zaur Kamal E.Abdullayeva barəsində sual verib.

Aparıcı daha sonra müğənnini telefon zəngi ilə efirə qoşub. Elnarə isə “Əli uşaqdır, mənim onunla nə işim var?, sözlərini əlavə edib. Onun bu sözləri isə aşığın ürəyincə olmayıb. Əli studiyanı tərk edib. Aşıq verilişə 1 gün sonra qayıdıb və yenidən çəkiliş baş tutub.