Oğurluq edən keçmiş məhkum tutuldu

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımov saxlanılıb.

Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-dən 13-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və Qəbələ rayon sakini N.Ələkbərov saxlanılıblar.