Türkiyə bu əraziyə 2 milyon suriyalı köçürəcək

Türkiyənin Suriyada yaradılacaq təhlükəsizlik bölgəsində məskunlaşdıracağı qaçqınların sayı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay açıqlama verib.

“Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgəyə təxminən 2 milyon suriyalı qaçqının geri dönməsini planlaşdırırıq”, - Oqtay bildirib.