İngiltərə hərəkətə keçdi: Uşaqları geri alır

İngiltərə hökuməti İŞİD-in Suriyadakı düşərgələrində olan ingilis uşaqların ölkəyə gətirilməsi üçün ilk addımlarını atıb.

Axar.az xəbər verir ki, bu uşaqların ölkəyə qaytarılması üçün ilk növbədə, təhlükəsiz keçid yolu yaradılacaq.

Hökumət rəsmiləri prosesə başlamaq üçün Suriyanın şimal-şərqindəki bəzi qurumlarla əlaqə yaratdıqlarını açıqlayıblar.

İngiltərə yardım təşkilatlarının nümayəndələri ilə kürdlər arasında aparılan danışıqlar zamanı kürd qüvvələrinin nəzarəti altında olan düşərgələrdəki uşaqların əvvəlcə İraqın Ərbil şəhərinə aparılması, oradan isə İngiltərəyə göndərilməsi planlaşdırılıb.