YPG/PKK indi də İsraildən yardım istədi

"Sülh çeşməsi" əməliyyatı ilə çıxılmaz vəziyyətdə qalan YPG/PKK terror təşkilatı İsrailə doğru yönəlib.

Axar.az xəbər verir ki, terrorçular Suriyadan əsgərlərini geri çəkən ABŞ-a təzyiq göstərməsini istəyib. Bu barədə İsrailin KAN televiziyasında adı açıqlanmayan YPG-nin rəsmilərindən biri danışıb:

"İsrail ABŞ-a təzyiq göstərməlidir. Əks halda, İsrailin bizə kömək edəcəyi bir şey qalmayacaq".