Ermənistanda “yarpaq tökümü” davam edir

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidmətinin direktoru Artak Naapetyanı istefaya göndərib.  Bununla bağlı “Sputnik Ermənistan” məlumat yayıb. 

2018-ci il iyunun 27-də bu vəzifəyə təyin olunan A.Naapetyan ötən ay Ermənistan prezidenti tərəfindən “Vətənə xidmətə görə” II dərəcəli medal ilə təltif edilmişdi. 

Bundan başqa, “Qraparak” nəşri yazır ki, Ermənistan polisinə müvəqqəti rəis təyin olunan Arman Sarkisyan əsas vəzifələrdə olan yüksək rütbəli şəxsləri işdən azad edərək, yaxın adamlarını onların yerlərinə təyin edir. O, Erməınistanın sabiq polis rəisi Valeri Osipyanın bütün kadrlarını vəzifələrindən azad etmək niyyətindədir. 

Misal üçün, Araqatsotn vilayətinin polis rəisi vəzifəsindən azad edilib və onun yerinə Sarkisyanın qrup yoldaşı Vaan Axqaşyan təyin olunub. 

Eyni vəziyyət Sünik vilayətində də yaşanıb. Vilayətin polis rəisi Qevork Azizyan da Sarkisyanın qrup yoldaşıdır.